Beynəlxalq Valyuta Fondu (BVF) 2016-cı il üçün Azərbaycanda ÜDM-in artımını 2,4% səviyyəsində proqnozlaşdırır. Bu barədə dünya iqtisadiyyatının (World Economic Outlook, WEO) oktyabr ayına olan proqnozunda qeyd edilir.
Aprel ayında BVF cari il üçün Azərbaycanda resessiyanı 3% səviyyəsində proqnozlaşdırıb.
2017-ci il üçün Fond Azərbaycanda ÜDM-in artımını 1,4% səviyyəsində proqnozlaşdırır (aprel ayının proqnozu – 1%).
Fondun proqnozlarına əsasən, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 10,2% (aprel ayına olan proqnoz 12%), 2017-ci ildə 8,5% (aprel ayına olan proqnoz 9,5%) təşkil edəcək.
Fondun qiymətləndirmələrinə görə, 2016-cı ildə Azərbaycanda tədiyyə balansının profisiti ÜDM-in 0,7%-ni (aprel ayı üçün proqnoz – kəsir ÜDM-in 0,2%-i), 2017-ci ildə ÜDM-in3,1%-ni (aprel ayı üçün proqnoz ÜDM-in 0,2%-i) təşkil edəcək.
2016-2017-ci illərdə Azərbaycanda işsizlik 6% səviyyəsində proqnozlaşdırılır.
Azərbaycan hökuməti cari il üçün ÜDM-in artımını 1,8%, orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,1%, inflyasiya 4% təşkil edib.