2016-cı ilin əvvəlindən Azərbaycanda əmtəəlik qaz hasilatı kifatər qədər azalıb. Bu haqda Caspian Barrel Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumat verir.
Məlumatlara əsasən, 2016-cı ilin yanvar-fevral aylarında ölkədə 3 mlrd 154,7 milyon kub metr qaz hasil edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 8,3% azalıb.
Ancaq buna baxmayaraq Azərbaycanda ümumi qaz hasilatı (neft quyularına vurulan qaz həcmlərini də nəzərə almaqla) 2,5% artıb və 4 mlrd 945,2 milyon kub metr təşkil edib.