İtaliyanın “KT-Kinetics Technology S.p.A” şirkəti H. Əliyev adına NEZ-də kükürdün alınması üzrə lisenziar seçilib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) saytında məlumat verilir.
Dünən SOCAR və “Kinetics Technology S.p.A” şirkəti arasında müvafiq müqavilə imzalanıb.
Kükürdün alınması üzrə qurğunun inşası Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi çərçivəsində həyata keçiriləcək.
“Bu məqsədlə kükürdün alınması texnologiyası üzrə dünyanın qabaqcıl şirkətlərdən biri olan “KT-Kinetics Technology S.p.A” şirkəti lisenziar olaraq seçilib”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Heydər Əliyev adına NEZ-in yenidənqurulması layihəsi 2019-cu ilin 2-ci rübünədək başa çatmalıdır.