Amerikanın Chevron və Çinin PetroChina şirkəti birgə layihə çərçivəsində Çinin Sıçuan və Çunçin vilayətlərində təbii qaz hasilatına başlayıblar. Bu haqda “Bloomberg” agentliyi xəbər yayıb.
Petrochina şirkətinin məlumatında deyilir ki,Loçzyaçjay yatağında qaz hasilataına dekabrın 30-da başlanılıb. İlkin mərhələdə layihənin gücü 3 milyard kub metr həcmində qiymətləndirilir. Layihəyə əsasən 3-cü və son mərhələdə qaz hasilatı 800 kvadrat metr ərazidə həyata keçriləcək.
Birgə işlənmə haqqında tərəfdaşlıq müqaviləsi Chevron və PetroChina 2008-ci ildə imzalanıb. Amerika şirkətinin layihədə payı 49%-dir. Layihə hələ 2010-cu ildə 2 milyard kyb metr səviyyəsinə çatmalı,2013-də isə 6 milyard kub metrə qədər artmalı idi.