Sabah Mərkəzi Bank hərrac keçirməyəcək, çünki bu günkü hərraclarda dolların kursu artıq 1,80 AZN-ə qədər artdı. Ona görə də şəhərdəki valyuta dəyişmə məntəqələri 1.74 kursu yazsalar da dollar satmırdılar…
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, yanvarın 7-də mütəşəkkil banklararası bazarda keçirdiyi valyuta hərracında 50 mln. ABŞ dolları satıb. Bununla da bankların cari tələbinin təxminən 20%-nin qarşılandığı bildirilir.
“Report” xəbər verir ki, hərracdan dərhal sonra nağd dolların alış-satış məzənnəsi 1,65-1,70 AZN/USD-dən 1,75-1,80 AZN/USD-yə qədər yüksəlib. Hazırda satışın 1,80-dən həyata keçirildiyi bildirilir.
“Bank dairələrindən verilən məlumata görə, sabah AMB-nin hərrac keçirməyəcəyi bildirilir. Belə olarsa, həftə sonu nağd dolların satış məzənnəsinin 2,00 AZN/USD-yə qədər yüksəlmə ehtimalı yaranır”, – deyə “Report”un analitikləri vurğulayıb.