Büdcənin xərclər hissəsində lazımı düzəlişlər ediləcək. Bu ilk növbədə müəyyən qiymət artımı, manatın yeni məzənnə siyasəti ilə bağlıdır
1news.az xəbər verir ki, bunu Azərbaycan maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu artımların təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. “Bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq. Əmək haqlarının artırılması üçün maliyyə təminatının yaradılması, eyni zamanda məcburi köçükünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb.”, -deyə, nazir bildirib.
Bununla yanaşı S.Şərifov dövlət büdcəsinin gəlirlərinin artırılması üçün yeni mənbələrin tapılması vacibdir”
“Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır”,- deyə, maliyyə naziri qeyd edib.