Yaxın vaxtda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq. Bunu Prezident Ilham Əliyev Davos forumunun kuluarlarında RİA-Novosti agentliyinin əməkdaşına açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirməyəcək: “SOCAR dövlətin strateji aktivdir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz”.
“RIA Novosti”nin «Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərm” sualına prezident bu cür cavab verib:”Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələ ki, müraciət edən olmayıb”.