Reuters xəbər verir ki, Bolqarıstan və Yunanıstan cümə axşamı Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üzrə yekun investisiya qərarı haqqında saziş imzalayıblar.
İGB – Bolqarıstana “Şahdəniz” qaz kondensat yatağının ikinci mərhələsindən hasil edilən qazı almağa imkan verəcək. İGB Trans Adriatik Boru Kəmərinə birləşdirələcək.
TAP layihəsi – Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna,oradan isə Qərbi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin ümumi uzunluğu 870 kilometr təşkil edir.