Rumıniya KİV yazır ki, SOCAR-ın Rumıniyada fəaliyyət göstərən törəmə şirkəti “SOCAR Petroleum SA” Niderland Krallığının “İNG Bank”ından 5 milyon avro həcmində kredit cəlb etməyi planlaşdırır.
“Beş milyon kredit şirkətin dövriyyə kapitalının maliyyələşdirilməsi üçün cəlb edilir. SOCAR Petroleum SA səhmdarları noyabrda ümumi iclasında kredit sazişini təsdiq ediblər. Kredit xətti şirkətin yanacaq aktivləri, o cümlədən yanacaqdoldurma məntəqələri və daşınmaz əmlak ilə təmin edilib”,- deyə KİV yazır.
Kreditin məbləği lazım olduğu halda 10 mln. avroya qədər artırıla bilər.
SOCAR Petroleum SA şirkəti 2011-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir. Hal-hazırda, şirkət 32 yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir və onu genişləndirməyi planlaşdırır. Hazırda SOCAR Rumıniyaya təxminən 50 milyon avro sərmayə yatırıb və 400-dən çox iş yeri yaradıb.