Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neftçi oğlundan ürək ağrıdan məktub… Atamdan sonra, əmim də…

08/12/2015
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Yazı dənizdə olan axtarışlara baxmayaraq, hələ də tapılmayan 26 neftçiyə və elə həmin gün “Neft Daşları” NQÇ-nin 501-ci özülündə itkin düşən 3 nəfərin timsalında bütün neftçilərə həsr olunur.

abuzer1“Qafqazinfo” heç bir şərh vermədən neftçi oğlunun ürək ağrıdan yazısını təqdim edir:

Əzizim,  Xəzər dənizi!

Səni narahat edən sahilində dünya işığına göz açmış Cəfərov Abuzər Yusif oğludur. Atamın adını ona görə qeyd edirəm ki, deməyəsən “mənim sahillərimdə o qədər adam dünyaya göz açıb ki, nə bilim sən hansısan”. Bildin də hansı Yusifi deyirəm, o Yusif Cəfərov ki, düz on il bundan əvvəl, elə məhz dekabr ayında onu bir gün daha artıq görməyim üçün dənizdə fırtına etmişdin… Məhz sənin bu köməyin sayəsində onunla vəsiyyətə bərabər son dəfə söhbət etmişdik. Düzdür, səhəri gün o, işə gedə bildi (kaş, o ay işə çıxmasaydı).

Bir neçə gün sonra da həmin qara xəbəri aldıq: “Cəfərov Yusif Nadir oğlunun halı pisləşib və Neftçilər xəstəxanasına apardılar”.

Yəqin, dənizdəki son günlərində ən çox səninlə danışıb. Bəlkə də işə getməyinin səbəbi də elə səninlə dostluğu idi: son dəfə ürəyini sənə boşaltmaq istəyib. Axı nə də olmasa, bəlkə də gün hesabı hesablasaq onu məndən daha çox sən görürdün, onun dərdlərindən məndən çox sən agah idin, hətta bəlkə də ona məndən daha çox sən dost idin. Bilirsən də azərbaycanlılar övladları ilə çox dərdləşməyi sevməzlər, ümumiyyətlə, bizim bir xasiyyətimiz var ki, dərdimizi dili-ağzı olmayan birinə daha rahat danışırıq. Odur ki, sənin bütün neftçilərlə olduğu kimi onunla da yaxın dostluğun olduğundan əminəm. Odur ki, bu məsələni çox uzadıb sənin də, mənim də dərdimizi təzələmək istəmirəm. Əsas odur mənim kim olduğumu artıq bildin.

Yazacaq bir kimsəm yoxdur deyə sənə yazıram. Sən hər zaman dostluğa sadiq çıxmısan. İndi də səndən əmimə görə xahiş edirəm. O, Günəşli yatağındakı xoşgəlməz yanğın hadisəsi səbəbilə həm dövlət tərəfindən, həm də mətbuat tərəfindən bir az unudulan, elə həmin gün güclü tufan nəticəsində Neft Daşları ərazisində dənizə saldığın üç nəfərdən biri olan Bəhmən Cəfərovdur. Əminəm ki, onunla da yaxşı dostluq münasibətlərin olub, o da lazım gələndə bəzi dərdlərini sənə danışıb, bəzi sevinclərini ilk səninlə paylaşıb. Bəlkə də ona görədir ki, hadisədən 4 gün keçməsinə baxmayaraq onu xilasedicilərə göstərmirsən. Dostluğun nə olduğunu mən də yaxşı bilirəm.

Çox istədiyindən dostdan ayrılmaq çətin olur. Adam elə hey dostunu qucaqlayıb bədənini heç kimsəyə vermək istəmir. Amma sən gəl, bizi də anla. Axı, biz də onun üçün nigaranıq, biz də onu bağrımıza basmaq istəyirik. Gəl, inadı burax əmimin bədənini bizə qaytar. Axı dost-dostu çox istəyəndə onun yaxınlarını, doğmalarını da çox istəyir. Gəl, sən əmimi gözləyən bu qədər gözü yolda qoyma.

Səni and verirəm atamla olan on beş ilə yaxin, əmimlə olan iyirmi beş ilə yaxın dostluğunuza,  əmimin (eləcə də hələ də axtarışları davam edən digər 26 neftçinin) elə günü bu gün tapıilmasina yardımçı ol! Söz verirəm bir daha səni çirkləndirməyəcəm!!!

Abuzər Cəfərov

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.