Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Böyük şirkətlər neftdən qaza keçir…

24/12/2015
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Lakin bu heç də o demək deyil ki, qaz neftdən daha çox gəlir gətirəcək

TEKReuters agentliyinin sütun yazarı Fiona Maharg-Bravo-nun vurğulayır ki, neft qiymətlərinin dirçələcəyinə ümidlərini itirən transmilli şirkətlər qaz hasilatına keçməyə başlayıb.

Maharg-Bravo yazır ki, “gələn il “Böyük Neft” “Böyük Qaza” çevriləcək”.

Məqalədə deyilir ki, qaz neftdən daha asan hasil olunur və o yanacaq kimi neftdən və ya kömürdən daha təmizdir.

“Total” şirkətinin istehsalında ötən il qaz 52 faiz təşkil edib

“Royal Dutch Shell”, qaz nəhəngi BG-ni 70 milyard dollara almaqla bu keçidə artıq başlayıb. 2016-cı ildə qaza keçid prosesi daha da sürətlənəcək.

Hazırda “Shell” şirkətinin hasilatında qaz 50 faiz təşkil edir, lakin BG-nin alınması bu balansı qazın xeyrinə dəyişəcək.

Fransanın “Total” şirkətinin istehsalında ötən il qaz 52 faiz təşkil edib, halbuki 2005-ci ildə bu rəqəm 35 faiz idi.

Britaniyanın BP şirkəti isə elan edib ki, onun qaz hasilatında bu onilliyin sonlarına doğru qaz hasilatı 60 faizə çatacaq. Hazırda BP hasilatında qazın payı 50 faizdir.

Hazırkı kommersiya layihələrinə baxılarsa, Wood Mackenzie qrupunun qiymətləndirməsinə görə, İtaliyanın Eni şirkəti 2025-ci ilədək hasilatındakı qazın payına görə ən böyük şirkət olacaq.

Zərurətdən mənfəət

Maharg-Bravo yazır ki, şirkətlər zərurətdən mənfəətlənməyə çalışır. Dünyanın ən böyük neft yataqları çətin əlçatan ölkələrdə yerləşir.

Bundan başqa qaz ehtiyatları neft ehtiyatlarından daha böyükdür və qaz yataqları neft yataqlarından daha “uzunömürlüdür”.

Qaz nisbətən daha təmiz yanacaqdır. O yanarkən kömürdən iki dəfə az karbon qazı buraxır.

BP-nin hesablamalarına görə, qarşıdan gələn 20 il ərzində kömürü yanacaq bazarından tamamilə çıxaran qaz olacaq.

Beynəlxalq Enerji Agentliyinin proqnozlarına görə qaz 2040-cı illərə doğru ən böyük tələbata malik yanacaq olacaq. Burda Yaxın Şərqin və Çinin mühüm rol oynayacağı qeyd olunur.

Maye qaz dəniz və quru yolları ilə getdikcə daha çox daşınan xammala çevriləcək. Əslində bu yollar neftin ənənəvi marşrutları ilə üst-üstə düşəcək.

Qazın iki “əmma”sı

Lakin qazın iki mühüm “əmma”sı var. Bunlardan biri alternativ enerji mənbələri tərəfindən artmaqda olan rəqabətdir. Qaz nə qədər təmiz olsa da, nüvə və ya bərpa olunan enerji növlərindən təmiz deyildir, yazır Maharg-Bravo.

Dünyanın bəzi yerlərində günəş enerjisi idxal olunan maye qazdan daha ucuz başa gəlir. Hətta ən “çirkli” yanacaq növü olan kömürün istehsalı da qazdan ucuzdur.

Ümumiyyətlə, qiymət qazın ən böyük problemidir. O neft qədər bahalı deyil və üstəlik maye qaz da daxil, böyük qaz layihələri irəli başdan böyük kapital yatırımları tələb edir.

Məhz qiymət bahalığına görə, bir çox qaz layihələrinin həyata keçirilməsi kommersiya baxımından sərfəli sayılmır.

Digər tərəfdən neftin və başqa xam materialların qiymətdən düşməsi, o demək deyildir ki, qaz daha gəlirli daşıyıcı olacaq.

Bu səbəbdən də qazın enerji daşıyıcıları arasında zirvə mövqeyi tuta bilməsi üçün şəraitin yaranması böyük şirkətlərin qabiliyyətindən və istəyindən asılıdır.

“Azadlıq” radiosu

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.