Trans-Anadolu boru kəmərinin (TANAP) inşası layihəsinin büdcəsinin ilkin planlaşdırılan məbləğdən 20-25% az olacağı gözlənilir. “Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdulllayev jurnalistlərə açıqlamasında bildirib.
“Layihə çərçivəsində uğurlu tender və boru alınması həyata keçirilib. Bu uğurlu nəticələr imkan verir ki, TANAP-ın icrası əvvəlki planlaşdırılandan daha ucuz başa gəlsin”, – deyə R.Abdullayev qeyd edib.
Qeyd edək ki, əvvəllər boru kəmərinin 11 milyardan baha olacağı gözlənilirdi.