Növbəti il üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondunun gəlirləri $ 6 711 564,1 milyon manat səviyyəsində gözlənilir ki,bu da 2015-ci il proqnozu ilə müqayisədə 3.53 milyard manat (34.5%) azdır.
Gələn il fondun xərcləri 8 261 399.7 min manat səviyyəsində nəzərdə tutulub (2015-ci il həcmindən 33,4 faiz və ya 4,1 milyard).
Caspian Barrel-in məlumatına görə, fondun 2016-cı ildə kəsiri 1 549 835 600 manat nəzərdə tutulur. Dövlət neft fondunun cari il üçün kəsiri 1.1 milyard manat səviyyəsində gözlənilir.
2016-cı ildə dövlət neft fondunun dövlət büdcəsinə transferləri 6 milyard səviyyəsində gözlənilir ki, bu da 2015-ci illə müqayisədə 4,388 milyard manat azdır.
Cari ilin 1 oktyabrına etibarən ARDNF-nun aktivləri ilin əvvəli ilə müqayisədə 6.38% azalaraq 34,74 milyard manat təşkil edib.