Azərbaycan Respublikası vergilər nazirliyinin “vergilər” qəzetinin yazdığına görə,Azərbaycanda neft-qaz avadanlığı və materialların təchizatı sahəsində xidmətlərini təklif edən Çinin China Petroleum Technology and Development Corporation şirkəti qeydiyyatdan keçib.
Azərbaycanda yeni şirkət qanuni nümayəndəsi Ling-Yun Guyangdır.Şirkət 23 sentyabrda vergilər nazirliyinin “vahid pəncərə” sistemi vasitəsilə qeydiyyatdan keçib.
Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 88, ünvanında qeydiyyatdan keçib.
China Petroleum Technology and Development Corporation 1987-ci ildə yaradılıb və Çin Milli Neft Korporasiyasının törəmə bölməsidir.