“Azərbaycan Gürcüstanın qaza olan tələbatını ödəyə bilmir”.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, belə bir bəyanatla bu ölkənin enerji naziri Kaxa Kaladze çıxış edib. Nazirin sözlərinə görə, hələ ki, “Qazprom”dan hansı həcmdə təbii qaz alacaqlarına dair dəqiq rəqəmlər yoxdur. Kaladze bildirib ki, Gürcüstanın “Qazprom” dan qaz alması ilə bağlı müxalifətin verdiyi həyəcan siqnalı qeyri-sağlam eyforiyadan başqa bir şey deyil.
Nazir daha sonra əlavə edib ki, Gürcüstanın tələbatını ödəmək üçün Azərbaycanın kifayət qədər resursu yoxdur və bu səbəbdən Rusiyadan qaz almaq vacibdir:
“Niyə görə kifayət qədər həcmdə qaz yoxdur” sualını Azərbaycana vermək lazımdır. O zaman mən soruşuram, əgər daxili bazarı təmin etmək üçün Azərbaycanın kifayət həcmdə qazı olsaydı, niyə görə “Qazprom”la saziş bağlayardı? Deyə bilmərəm qiymət nə qədər olacaq. Əgər münasib olsa, bu layihəni həyata keçirəcəyik”.