Trans Adriatik boru kəməri (TAP) səhmdarları arasında İtaliyanın qaz Snam şirkətinə öz payını satmaqda maraqlı olan şirkətlər var.
Bu barədə şirkətin icaredici direktoru Carlo Malacarne İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihədə 20 faizi pay təxminən $400 mln. başa gələcək.
O həmçinin bildirib ki,Avropanın siyasəti Rusiyadan qaz idxalını azaltmaq yox,onun idxalı üçün yeni tərəfdaşlar tapmalıdır.
“Biz harada qaz var,onu almalıyıq : Qafqazda,perspektivdə İranda və Şimali Afrikada”, deyə o sözlərinə əlavə edib.
TAP layihəsi “Cənubi qaz dəhlizinin” tərkib hissəsidir. TAP layihəsinin səhmadarları aşağıdakı şirkətlərdir : BP (20%), ARDNŞ (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və AXPO (5%).