Cümə, May 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rusiya Bakı-Supsa kəmərinin bir hissəsini “işğal ərazisinə qatıb”

14/07/2015
2
BAXIŞ
Share on FacebookShare on Twitter

pipelinebtc2

Rusiya Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft kəmərinin bir hissəsini işğal altında olan ərazilərə qatıb, Gürcüstan rəsmiləri deyir. Bu haqda BBC Azərbaycan xidmətinin məlumatında bildirilir.

İyulun 10-da, Cənubi Osetiyada mənzillənən Rusiya sərhədçiləri Tsitelubani və Orçosani kəndləri yaxınlığında “qanunsuz yerdəyişmə zolaqları” yerləşdirib, Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.

Hər iki kənd hazırda, özünü müstəqil elan etmiş Cənubi Osetiyanın nəzarətindədir.

Neft kəməri bu kəndlərin yaxınlığından keçir.

Kəmər Gürcüstan ərazisində idi, amma indi Rusiya sərhədçilərinin tətbiq etdiyi yeni sərhəd işarələrinə əsasən “işğal altında olan ərazilərdədir”, Gürcüstan mediası yayır.

Gürcüstan rəsmiləri deyir ki, bu hadisə BP-nin rəhbərlik etdiyi Bakı-Supsa neft kəmərinin işinə təsir edə bilər.

Cənubi Osetiya “sərhədlərinin” genişləndirilməsi, Bakı-Supsa neft kəmərinin 1605 metrlik hissəsinin bu sərhədlərə daxil edilməsilə nəticələnəcək, enerji naziri Kaxa Kaladze iyulun 13-də jurnalistlərə deyib.

833 kilometr uzunluğu olan Bakı-Supsa kəməri nefti Sanqaçal terminalından Gürcüstanın Supsa terminalına daşıyır.

Caspian Barrel isə öz növbəsində bildirir ki, Bakı-Supsa neft kəmərinin bir hissəsinin (1600 metrədək) Rusiya hərbçiləri və Gürcüstandan birtərəfli qaydada asılılığını elan etmiş Cənubi Osetiya qüvvələri tərəfindən nəzarət zonasına keçməsi xəbəri ilk dəfə 2013-cü il sentyabrın 25-də yayılıb. Bu, onunla əlaqədar olub ki, Cənubi Osetiya Sovet zamanı mövcud olan administrativ sərhədlərinin mühafizəsini bərpa etmək fikrinə düşüb və silahlı postlarını tədricən 1 kilometrədək Gürcüstanın içərilərinədək irəli çəkib. Nəticədə, Bakı-Supsa boru kəmərinin bir hissəsi zəbt olunmuş ərazilərdə qalıb. Həmin boru kəmərinin bu hissəsi Sovet  zamanı tikilmişdi. 2013-cü ildən bəri Bakı-Supsa boru kəmərinin fəaliyyətində heç bir dəyişiklik baş verməyib. Boru kəmərinin operatoru BP şirkəti əvvəlki qaydada ondan istifadə edir: 2014-cü ilin yekunlarına görə, bu kəmərlə 4,2 milyon ton neft daşınıb ki, bu da Azərbaycanın ümumi ixrac neftnin 12%-ni təşkil edib.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.