2015-ci ilin yanvar-mayında Gürcüstan Azərbaycandan $147,45 milyon məbləğində 712.9 min ton neft ekvivalentində təbii qaz idxal edib. Bu bardə “Gürcüstatın” xarici ticarət barədə hesabatında bildirilir.
İllik hesablamada Gürcüstanın Azərbaycandan təbii qaz idxalı həcmi 3.5% (kəmiyyət baxımından neft ekvivalentində 30,9 min ton və ya 4,5%) artıb.
Müqayisə üçün keçən ilin yanvar-mayında Gürcüstan Azərbaycandan $142,48 milyon məbləğində 682.03 min ton neft ekvivalentində təbii qaz idxal etmişdi.
Hesabat dövründə qazın Gürcüstanın Azərbaycandan idxalında payı 60.5% təşkil edib.
Azərbaycan bu kateqoriya üzrə ümumi idxalda 73,87% pay ilə Gürcüstana yanacağın bu növünün əsas təchizatçısıdır.
Azərbaycan Gürcüstana öz təbii qazını iki ölkəni Qazax rayonunda birləşdirən boru kəməri vasitəsilə ixrac edir. Bu boru kmərinin gücü ildə 2.5 milyard kub metrdir.