Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Beynəlxalq Bankdan Dubaya çıxarılan 318 mln kredit və “Camelot Oil & Gas” şirkəti

12/06/2015
2
BAXIŞ
Share on FacebookShare on Twitter

dollar

“Kredit işi”nə görə həbs olunmuş, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Beynəlxalq Bankın Dubay filialının müdiri Adil Hüseynovun barəsində yeni təfərrüatlar məlum olub. Xatırladaq ki, “Qara polkovnik” ləqəbli polis polkovniki Fətulla Hüseynovun oğlu Adil Hüseynov ötən ay həbs olunub. Mətbuatda yayılan məlumatlara görə, A.Hüseynov Beynəlxalq Bankdan götürdüyü 318 milyon manat krediti mənimsəməkdə ittiham olunur.

“Qafqazinfo” “Yeni Müsavat”a istinadən bildirir ki, Adil Hüseynovun vəkili Kamandar Nəsibov deyib ki, müvəkkili pulları almadığını və ayrılan kreditlərin köçürülmə yolu ilə şirkətlərə köçürüldüyünü deyib. Vəkil deyib ki, Adil Hüseynov iddia olunduğu kimi tekstil və metaltökmə zavodunun sahibi deyil. Sitat: “Həmin zavodların sahibləri hazırda «İntermet» şirkətidir. Həmin şirkətin də 50 faizi Hüseyn Marayev (çeçen əsilli Rusiya vətəndaşıdır) adlı bir şəxsin 100 faizli sahibi olduğu ”Golden Bat” şirkətinə, digər 50 faizi isə Fransa vətəndaşı Xəqani Bəşirovun 100 faiz sahibi olduğu Böyük Britaniyada qeydiyyatdan keçmiş “Camelot Oil & Gas” şirkətinə məxsusdur”.

Bugünlərdə redaksiyaya Adil Hüseynovun Dubaydakı fəaliyyəti, qurduğu zavodlarla bağlı bəzi məlumatlar daxil olub. Məlumatı ötürən mənbə deyir ki, “kredit həbslərində” Dubay “izi” göründüyündən xeyli dərindir və ortada çox böyük pullardan söhbət gedir. Mənbə bildirir ki, Adil Hüseynovun adı Beynəlxalq Bankın Dubay filialının direktoru kimi getsə də, o, əslində Cahangir Hacıyevin Dubaydakı biznesini idarə edib. Daha dəqiqi, haqqında söhbət açılan iki zavodun meneceri olub. Söhbət “İntertekstill” fabrikindən və eləcə də “İnterstell”, yaxud da “Unaytetstell” (bu şirkətin keçmiş adı olub) poladəritmə zavodundan gedir.

Onu da bəlli olub ki, əslində haqqında bəhs olunan iki zavoddan biri, yəni tekstil zavodu fəaliyyət göstərib. İkinci zavod isə metallurgiya zavodu olub və həbslərə qədər tikintisi davam edirmiş. Əsas pul maxinasiyası da məhz bu zavod üzərindən həyata keçib. Belə ki, tikintisinə 2008-ci ildə başlanan zavodun ilk sahibi Ukrayna şirkəti ilə H.Marayev olub. Ancaq tikinti yarımçıq qalıb və yarımçıq tikilini Xəqani Bəşirov və Cahangir Hacıyev alıb. Eyni zamanda, çeçen əsilli biznesmen Hüseyn Marayev də zavodda kiçik də olsa payını qoruyub saxlaya bilib. Bundan sonra zavodun tikintisinə “Baku Steel Compani” cəlb olunub və Azərbaycandan poladəritmə üzrə mütəxəssislər Dubaya göndərilib.

dollar2Lakin mənbənin bildirdiyinə görə, bir müddətdən sonra “Baku Steel Compani” ilə C.Hacıyev arasında münaqişə yaranır və zavod öz işçilərini Dubaydan geri çağırır. Yalnız 50-dək mütəxəssis Adil Hüseynovun müraciəti ilə Dubayda qalaraq zavodun tikintisini davam etdirir. Mənbə bildirir ki, Adil Hüseynov həmin vaxtdan həbs olunana qədər zavodun inşasına rəhbərlik edib və formal olaraq 6 min dollar əmək haqqı alıb. Ancaq Azərbaycanda olduğu kimi Dubayda da zavod tikintisi böyük maxinasiyalarla müşayiət olunub. Mənbəmiz bildirir ki, A.Hüseynov həbs olunana qədər bazar qiyməti 200 milyon dollar hesablanan zavodun tikintisinə ümumilikdə 350 milyon dollar xərclənib, ancaq zavod işə salınmayıb. Mənbə bildirir ki, zavodu işə salmaq üçün təxminən 50 milyon dollara ehtiyac var. Aydın olduğu kimi, zavodun tikintisində böyük miqdarda yeyinti olub. Mənbəmiz bildirir ki, zavodun tikintisinə pullar Beynəlxalq Bankdan İsveçrədə X.Bəşirovun şirkətinə, oradan da Dubaydakı hesablara transfer olunub. Bu zaman tikintinin meneceri kimi A.Hüseynovun da böyük miqdarda pul mənimsədiyi aydın olur.

Adil Hüseynovun qəfil həbsindən sonra zavodun tikintisi dayanıb. Mənbəmiz bildirir ki, hazırda zavod satışa çıxarılıb. Ancaq mütəxəssislərə məlum olan səbəblərə görə, poladəritmə sexlərinin avadanlıqları uzun müddət fəaliyyətsiz qalanda keyfiyyətini itirdiyi üçün uzun müddət işə salınmadan qalacağı təqdirdə alınan avadanlıqlar da sıradan çıxa bilər. Mənbəmiz bildirir ki, hazırda zavodun Dubayda ən yaxşı halda yarımçıq tikili kimi 100 milyon dollara satılması ehtimalı var.

Və nəhayət, hər bir bu tip hadisə zamanı olduğu kimi ən ağır zərbə Dubayda zavod tikintisinə cəlb olunmuş 50-dək azərbaycanlı işçiyə dəyib. Dubayda qaldıqları üçün “Baku Steel Compani” tərəfindən işdən çıxarılan azərbaycanlı poladəritmə mütəxəssisləri hazırda işsizdilər. Adil Hüseynovun həbsindən sonra işçilər Azərbaycana qayıtmaq üçün tikintinin maliyyə müdiri Yaşar Quliyevdən qanuna uyğun olaraq 3 aylıq təzminat istəsələr də, X.Bəşirovun nümayəndəsi olan bu şəxs işçilərə hesablaşma ödənişi etməkdən imtina edib. “Baku Steel Compani”də işlərini itirən azərbaycanlı işçilər hazırda işsizdirlər və ödəniş almaq üçün Azərbaycanın dövlət başçısına, BƏƏ-dəki səfirə müraciət etsələr də nəticə olmayıb. Yalnız səfirlikdən bildiriblər ki, qanunla şirkəti məhkəməyə verib təzminat ala bilərlər, ancaq bu iş ən azı 3 ay uzana biləcəyindən işçilər Bakıya qayıtmalı olub.

“Qafqazinfo”

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.