Cümə, Noyabr 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir

28/04/2015
7
BAXIŞ
Share on FacebookShare on Twitter

ilham-forumAzərbaycan Avropa üçün yeganə yeni qaz mənbəyidir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan enerjidaşıyıcıların şaxələndirilməsində vacib rol oynayır: “Biz 20 ildir ki, regionda tamamilə yeni enerji xəritəsini yaradan neft strategiyasını reallaşdırırıq”.

İlham Əliyev qeyd edib: “Hazırda Xəzər dənizindən neft təkcə Azərbaycandan deyil, həm də Xəzərin şərq sahillərindən beynəlxalq bazarlara çatdırılır”.

Prezident Azərbaycanın yenidən təşəbbüskarı olduğu Avropanın iri infrastruktur layihəsinin reallaşdırılmasını vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, “Cənub Qaz Dəhlizi” bir neçə hissədən ibarətdir: “Bura dünyada ən iri qaz yataqlarından biri olan Azərbaycanın “Şahdəniz” yatağının işlənməsi, Cənubi Qafqaz boru kəməri, Transanadolu qaz kəməri və Transadriatik boru kəmərinin daxil olduğu yeni boru kəmərləri sisteminin tikilməsi aiddir”.

İlham Əliyev bildirib ki, Bolqarıstan da Azərbaycanın enerji siyasətinin hissəsidir, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı isə daha böyük formata çevrildi: “Göstərilən layihələr texniki cəhətdən mürəkkəbdir və geniş əlaqələndirmə və əməkdaşlıq tələb edir. Bu məqsədlə fevralda Azərbaycanın təşəbbüsü ilə Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası keçirildi. Həmin iclas sadaladığım ölkələrin bütün yüksəkvəzifəli nümayəndələrinə, eləcə də ABŞ və Avropa İttifaqı Komissiyasının nümayəndələrinə bu məsələni müzakirə etməyə imkan verdi. Və biz mətbuat üçün birgə bəyanat verdik. Azərbaycanın qabaqcıl rolu dəqiq müəyyənləşdirildi”.

Prezident deyib ki, Azərbaycanın 2018-2019-cu illər üzrə planına uyğun olaraq, adıçəkilən bütün layihələr reallaşdırılmalıdır: “Əminəm ki, yaxın illərdə Balkan ölkələri bizim boru kəməri sistemimizə qoşulacaq. Üstəlik, hazırda Avropada interkonnektorlar tikilir, biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan iri qaz ehtiyatlarına və tikinti mərhələsində olan infrastruktura malikdir”.

Dövlət başçısı xatırladıb ki, adıçəkilən layihələr Azərbaycanın Avropa ilə əməkdaşlığının yeganə hissəsi deyil: “Biz başa düşürük ki, Avropa üçün enerjinin şaxələndirilməsi həqiqətən də milli təhlükəsizlik məsələsidir və biz də bu məsələyə eyni münasibəti göstərməliyik. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı götürülə bilməz”.

Trend

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.