Cümə, İyun 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Petkim”in 50 illiyi təntənə ilə qeyd olunub

04/04/2015
3
BAXIŞ
Share on FacebookShare on Twitter

pet-50

Aprelin 2-də İzmir şəhərində Türkiyənin energetika sektorunda mühüm yer tutan “Petkim” neft-kimya holdinqinin yaradılmasının 50-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.Mərasimdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir Valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, “SOCAR Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, “Petkim” rəhbərliyinin nümyəndələri iştirak etmişlər.

“Petkim”in 50 illik fəaliyyətini əks etdirən videomaterialın nümayişindən sonra giriş nitqi söyləyən şirkətin icraçı direktoru Sadəddin Qorqud uzun illər möhtəşəm layihələrə imza atmış “Petkim”in SOCAR ilə birlikdə yeni bir yola qədəm qoyduğunu qeyd etmiş, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin sənaye sahəsində bariz nümunəsi olmalarından qürur duyduqlarını bildirmişdir. Tədbirdə SOCAR-ın fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Türkiyə əməkdaşlığının dərin köklərə malik olduğunu bildirmiş, Ulu öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” idealının hər iki ölkədə geniş yayıldığını söyləmişdir.

Hazırda Azərbaycanın Türkiyədə ən böyük investorlardan biri olduğunu qeyd edən nazir SOCAR-ın 2023-cü ildə bu sahədə birinci olacağını, 2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin 10 milyard dolları aşacağını və bu yatırımların hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyasının dünya enerji təhlükəsizliyinin təminatında mühüm yer tutduğunu, bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığının iqtisadi və siyasi cəhətdən böyük məna kəsb etdiyini demişdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Petkim” əməkdaşlarını holdinqin yaradılmasının 50 illiyi münasibəti ilə təbrik etmiş, uğurlar arzulamışdır. O, holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirmiş, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim etmişdir.

Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və Izmir valisi Mustafa Toprak SOCAR-ın “Petkim”ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləmişlər.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümova, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğana və İzmir valisi Mustafa Topraka təşəkkür plaketləri təqdim olunmuşdur.

Eyni kateqoriyadan Digər materiallar

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.