Bazar ertəsi, Fevral 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft biznesi ilə məşğul olan azərbaycanlı Batumidə kazino-otel açır

01/04/2015
6
BAXIŞ
Share on FacebookShare on Twitter

batum

Azərbaycanlı iş adamı, SOCAR-a və Azərbaycanda işləyən neft şirkətlərinə neft avadanlıqları satmaqla varlanan Musa Süleymanov Gürcüstanın Batumi şəhərində İsveçrə brendi altında 184 nömrəlik kazino-otel açmağa hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, Musa Süleymanovun sahibi olduğu “ADO-G” şirkətlər qrupunun İsveçrənin “Swiss-Belhotel İnternational” otel brendi ilə tərəfdaşlıq şəraitində Batumidə “Grand Swiss-Belhotel Batumi” otelinin açılmasına dair razılaşma imzalanıb.

Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək. Otelin açılışı 2016-cı ilə planlaşdırılır.

Razılaşmanın imzalanması münasibəti ilə “Swiss-Belhotel İnternational”ın prezidenti Hevin M.Fual bildirib: ““Grand Hotel Swiss-Belhotel Batumi” bu şəhərdə əyləncənin və dəbdəbənin yeni ünvanı olacaq. Kafe-barları, xüsusi restoranları və müxtəlif zövqələrə uyğun nömrələri olan, 111 metr hündürlüyündə, unikal kubik struktura malik otel Qara dəniz sahilində yerləşən şəhərin simasının dəyişməsinə öz töhfəsini verəcək”.

“ADO-G” şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, “McDermot Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”, “Gobustan Operating” və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.

kubikM.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur.

M.Süleymanovun adı Azərbaycan mətbuatında çoxsaylı qalmaqallarla gündəmə gəlib. Bu da onun əsasən Tovuzun “Turan” futbol klubunun prezidenti kimi fəaliyyəti ilə bağlı olub. 2012-ci ildə o, klubun prezidenti vəzifəsindən istefa verib.

Onun Batumidəki “kubik-rubik” formalı otelinin tikintisi 2012-ci ildən başlayıb. Lakin işlər ötən ilə qədər demək olar ki, getmirdi. Otelin tikintisi üçün alınmış ərazi hasara alınmışdı və tikinti işlərinin aktiv fazası başlamamışdı. M.Süleymanovun hazırda Qazaxıstanda da tikinti biznesi ilə məşğul olduğu məlumdur.

 

Eyni kateqoriyadan Digər materiallar

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.