Goldman Sachs Group Inc ekspertləri hesab edirlər ki,bu il mayeləşmiş təbii qaz (LNG) ticarətinin həcmi $ 120 mlrd-ı keçəcək.
Beləliklə LNG ticarəti dəmir filizi üzrə olan analoji göstəricini keçəcək və neftdən sonra ikinci yerdə olacaq.
Goldman Sachsın əmtəə üzrə baş analtiki Jeffri Karrinin sözlərinə görə,istehsalçılar tərəfindən rəqabət artacaq,çünki LNG-nin spot tədarükü artır və alıcılar üzunmüddətli müqavilələrə keçirlər.
“LNG-nin müqavilə və spot qiymətləri fərqlərini nəzərə alsaq,LNG qiymətlərinin neftə bağlanılması öz cazibəsini itirir”.- deyə analitik bildirib.
LNG qiymətləri ənənəvi olaraq neft qiymətlərinə bağlıdır. Beləliklə LNG qiymətləri neft qiymətləri dinamikasından asılı olaraq dəyişir. Ancaq,ABŞ-da LNG qiymətləri Henry Hub sahəsindəki təbii qaz üçün standart müqavilələrə bağlıdır.