Şənbə, May 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Aprelə qədər TANAP layihəsi üzrə qaz kəmərinin tikintisinə başlanılmalıdır

19/03/2015
1
BAXIŞ
Share on FacebookShare on Twitter

tanap-tTrans-Anadolu qaz kəmərinin (Trans-Anadolu Pipeline, TANAP) tikintisi layihəsi üzrə konsorsium 2015-ci ilin mart ayının sonuna qədər TANAP qaz kəmərinin quru hissəsinin tikintisinə başlayacaq. Bu barədə bu gün jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev məlumat verib.

O xatırladıb ki, TANAP-ın 1337 km uzunluğunda quru hissəsinin tikintisi üzrə podratçı “Fernas Insaat A.S.”, “Sicim-Yuksel-AKKORD Adi Ortakligi” və “TEKFEN Insaat ve Tesisat A.S” şirkətləridir. Bu şirkətlər kəmərin Əskişəhərə qədər olan hissəsinin tikintisi ilə məşğul olacaqlar.

“Tikinti işləri mart ayının sonu – aprel ayının əvvəllərində Qars vilayətindən başlayacaq. Biz bu ilin sonu – 2016-cı ilin əvvəlində TANAP qaz kəmərinin diametri 48 düym olan hissəsinin tikintisi üzrə tenderi bağlamağı nəzərdə tuturuq. Biz bu tenderi bir qədər sonra keçirməyi qərar almışıq, çünki TANAP kəməri ilə daxil olacaq ilk qazı Türkiyə Əskişəhərdə qəbul edəcək. Avropaya qaz boru kəmərinin 48 düymlük hissəsi ilə 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlində nəql olunmağa başlayacaq, buna görə də bu hissənin tikintisi ilə bağlı tələsmək lazım deyil”,- deyə R.Abdullayev bildirib.

Onun sözlərinə görə, TANAP layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə də bağlı heç bir problem yoxdur.

“Məlum olduğu kimi, bu layihədə iştirak payının 58%-i SOCAR-a məxsusdur. Bizim tərəfdaşlarımız cari ilin aprel ayının 1-dən öz payları çərçivəsində maliyyələşdirmə işlərinə başlayacaqlar”,- deyə R.Abdullayev qeyd edib.

TANAP qaz kəmərinə Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1800 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.

Trans-Anadolu qaz kəmərinin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb.

TANAP qaz kəməri “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək.

TANAP layihəsi $11,8 mlrd. dəyərində qiymətləndirilir.

Hazırda TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR – 58%, BP – 12%, BOTAS – 30%. Sonuncu TANAP layihəsinə daxil olmasını hələki hüquqi baxımdan rəsmiləşdirməyib.

 

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.