Britaniyanın BP şirkətinin 2014-cü ildə xalis mənfəəti 2013-cü ildəki 23,451 milyard dollara qarşı 3.78 milyard dollar təşkil edib.
Bir adi səhmə düşən mənfəət 1.23 dollar olub. İllik gəlir 9.4% azalaraq 358.67 milyard dollar təşkil edib.
2014-cü ilin dördüncü rübünün nəticələinə görə,BP şirkəti 4.407 milyard dollar dəyərində zərər əldə edib. Neft şirkətinin oktyabr-dekabrda gəliri 95.096 milyard dollardan 75.096 milyarda qədər azalıb.
Hesabata əsasən, 2014-cü ildə AB və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar şirkətin rusiyadakı fəaliyyətinə ciddi təsir etməyib. BP-nin neft hasilatı (“Rosneft”də payı daxil olmaqla) 2013-cü ildəki 3.231 milyon barelə qarşı 3.214 milyon barel təşkil edib.