SOCAR Ukrayna yanacaq riteyli bazarında fəaliyyət dairəsini genişləndirməkdə davam edir.
Caspian Barrel SOCAR-a istinadən xəbər xerir ki, bu günlərdə Xarkov vilayətində də üç yanacaqdoldurma məntəqəsi açılmışdır.
Əhalisinin sayına görə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda “SOCAR” YDM-lərində Polşa, Litva və Belarusda istehsal olunmuş Avro-5 standartına uyğun yanacaq növləri – А-92, А-95, A-95 “Nano” benzinləri, “Nano” dizel yanacağı reallaşdırılır.
Burada müştərilər nağd, bank və yanacaq kartları, həmçinin “Level” bonus kartları vasitəsilə ödəniş edə bilərlər.
Müxtəlif xidmətlər, o cümlədən Wi-Fi, mobil telefonların enerji təminatı pulsuzdur. Ukraynanın digər şəhərlərində olduğu kimi Xarkovdakı “SOCAR” YDM-ləri də “Handicapfriendly” prinsipi ilə işləyir. Burada əlillərin rahat hərəkət etməsi üçün hər cür şərait yaradılmışdır.