RBC işgüzar portalına müsahibəsində LUKoil şirkətinin prezidenti Vahid Ələkbərov sanksiyalar səbəbi ilə xarici bankların onların üzünə bağlandığı məlumatını təkzib edib.
“Biz banklarla işləyirik, o cümlədən “Şah-dəniz” layihəsinin maliyyələşdirilməsinə hazırlıq gedir”,- deyə Ələkbərov qeyd edib.
Onun sözlərinə görə,”LUKoil hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparır və artıq təsdiq olunub ki, maliyyələşmə təmin olunacaq”.
O həmçinin qeyd edib ki, LUKoil Asiya bankları ilə Özbəkistandakı layihələrin maliyyələşməsi ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki,yaxın vaxtlarda LUKoil “Şahdəniz-2” layihəsində 10% payını maliyyələşdirmək üçün AYİB-dən $500 milyon, Asiya İnkişaf Bankından isə $450 mln kredit almağa dair bir ildir ki, danışıqlar aparır.








