“Azərenerji” ASC-nin elektrik stansiyaları 2014-cü ildə 22,7 milyard kilovat/saat elektrik enerjisi istehsal ediblər.
Trend-in çərşənbə axşamı ASC-yə istinadən verdiyi məlumata əsasən, “Azərenerji” 2013-cü ildə 21,5 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib.
Məlumata əsasən, 2014-cü ilin dekabrında təqribən 2,2 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2013-cü ilin dekabr göstəricisi ilə eynidir.