
“SOCAR Turkey Enerji” (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ARDNŞ-nin Türkiyə törəmə şirkəti) prezidenti Kənan Yavuz bildirib ki,Qərb tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar Moskvanı vəziyyətdən çıxmaq üçün alternativ yollar axtarmağa məcbur edir.
Yavuzun sözlərinə görə,bu layihədə spekulyativ xarekter daşıyan bir çox problemli məqamlar var.
O, hal-hazırda Ankara ilə müzakirə olunan “Türk axını” layihəsinin detalları haqqında heç bir şey bilinmədiyini bildirib.
Onun sözlərinə görə, yeni boru kəmərinin layihəsinin tikintisi həm Türkiyə həmdə Rusiya üçün faydalıdır.
“Bu layihənin gerçəkləşməsi halında, Türkiyə regionda enerji qovşağı ola bilər”, – deyə Yavuz bildirib.