Gürcüstanın Kulevi limanında SOCARa məxsus olan olan Qara dəniz terminalı (BST ltd) daha bir mühüm göstərici əldə edib.
Şirkətin məlumatına əsasən, 2008-ci ildən terminal 17 milyon metrik ton karbohidrogen və neft-kimya məhsulu emal edib.
Dövriyyənin 31.7% neft məhsullarının,22.9% xam neftin,39.9% maye qazın və 4.89% dizel yanacağının payına düşüb.Dövriyyənin 0.45% isə 2012-ci ildən nəqlinə başlanılmış aviasiya kerosini,propilen və metanol təmin edib.