Rusiya qazının Türkiyəyə tədarükü Trans Anadolu qaz kəməri (TANAP) üzrə nəql ediləcək Azərbaycan qazına alternativ deyil. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, Aİ ölkələri Rusiyadan Türkiyəyə yeni qaz kəmərinin tikintisinin TANAP layihəsinin reallaşdırılmasına təsir edə biləcəyi barədə dəfələrlə narahatlıqlarını bildiriblər: “Lakin bu, TANAP layihəsinə heç cür təsir etməyəcək”.
T.Yıldız qeyd edib ki, Türkiyə reallaşdırılması tez bir vaxtda başlayacaq TANAP layihəsinin iştirakçısıdır.
Qeyd ed’k ki, Rusiyanın enerji nazirinin müavini Kiril Modotsov dekabrın 11-də mətbuata açıqlamasında bildirib ki, Rusiyadan Türkiyəyə çəkiləcək yeni boru kəmərinin layihələndirmə işləri təqribən bir il-il yarım vaxt apara bilər.