2014-ci ilin ilk 11 ayında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə Azərbaycan neftini nəqli 26 milyon 45 min 242 ton təşkil edib ki,bu da 2013-cü ilin analoji göstəricisindən 4.5% azdır.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə,2014-cü ilin noyabrından BTC boru kəməri ilə 1 mln. 719,684 min ton, ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4iyun 2006) cari ilin dekabrın 1-nə qədər isə 261 mln. 186,835 min ton neft nəql olunub.
Bundan başqa, cari ilin noyabrında BTC neft kəməri ilə 620,436 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
BTC ilə Azərbaycan neftini nəqlinin azalmasına səbəb “Azəri-Çıraq-Günəşli” dəniz blokunda hasilatın tədricən azalmasıdır.