Bazar ertəsi, İyul 20, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR prezidenti Atlantik Şurasının sammitində çıxış etmişdir

24/11/2014
3
BAXIŞ
Share on FacebookShare on Twitter

rovnag-a.-atlantic-summitNoyabrın 20-21-də İstanbulda ABŞ-ın mühüm “beyin mərkəz”lərindən olan Atlantik Şurasının “Enerji və iqtisadiyyat” mövzusunda 6-cı sammiti keçirilmişdir.

SOCAR mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, Sammitdə ABŞ-ın vitse-prezidenti Co Bayden və Türkiyənin Baş naziri Əhməd Davudoğlu da iştirak etmişlər.

SOCAR prezidenti Rövnəq Abdullayev “21-ci əsrdə Enerji Təmini və Tələbatının Kritik Mənbələri” adlı sessiyada çıxış etmişdir.

O, bildirmişdir ki, iqtisadiyyatı yüksək sürətlə inkişaf edən Azərbaycan bölgənin siyasi və iqtisadi cəhətdən lider dövlətlərindən birinə çevrilmiş və Azərbaycanın enerji sektoru “Əsrin Müqaviləsi”nin imzalanmasından bəri son 20 ildə çox önəmli uğurlara imza atmışdır. Ölkəmiz artıq mühüm neft ixracatçısı olmaqla yanaşı, həyata keçirdiyi böyük təbii qaz layihələri ilə də dünyanın diqqət mərkəzinə çevrilmişdir. İki ay əvvəl Bakıda təməli qoyulan “Cənub Qaz Dəhlizi”nin gələcək prespektivləri haqqında ətraflı məlumat verən R. Abdullayev qeyd etmişdir ki, bu dəhliz vasitəsi ilə Avropa davamlı, təmiz və alternativ enerjiyə sahib olacaqdır. Bu isə aktual olaraq qalan enerji təhlükəsizliyinə verilən töhfədir. Avropadakı təbii qaz tələbatının 2030-cu ildə 610 milyard kubmetrə, təbii qaz idxalatının isə illik 400 milyard kubmetrə yüksələcəyi təxmin edilir ki, bu da “Cənub Qaz Dəhlizi”nin önəmini artırmaqdadır.

“Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi kimi Azərbaycan və Türkiyənin ortaq həyata keçirdiyi TANAP layihəsindən danışan SOCAR prezidenti qeyd etmişdir ki, Türkiyənin 2023-cü il hədəflərinə çata bilməsi üçün o vaxta qədər enerji sektoruna təxminən 100-120 milyard dollar məbləğində investisiya qoyulmalıdır. TANAP-ın sərmayə dəyəri 10-12 milyard dollar təşkil edir. Deməli, TANAP təkbaşına Türkiyənin enerji sektorunda ehtiyac duyulan investisiya tutarının 10%-ni təmin edəcəkdir.

R.Abdullayev demişdir: “SOCAR-ın Türkiyədəki investisiyalarına TANAP-ı da əlavə etsək, hədəflədiyimiz 20 milyard dollarlıq yatırım ilə bu ehtiyacın 20%-ni qarşılaya biləcəyimizi düşünürük. Bu isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyə ilə qardaşlıq və strateji əməkdaşlığa verdiyi önəmin və Türkiyəni Azərbaycandan ayrı tutmadığımızın, bir gördüyümüzün ən bariz göstəricisidir”.

  1. Abdullayev “Cənub Qaz Dəhlizi”nin son halqası olan Trans Adriatik Boru Xətti (TAP) layihəsi haqqında da danışmışdır. Qeyd olunmuşdur ki, Türkiyə-Yunanıstan sərhədindən başlayan, Albaniyadan keçərək İtaliyaya uzanacaq bu kəmər TANAP-la nəql olunacaq Azərbaycan qazını Avropaya daşıyacaqdır.

Çıxışının sonunda Rövnəq Abdullayev SOCAR-ın bölgənin daha yüksək inkişafına, regional və qlobal işbirliyinin artırılmasına, bütün dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə olan dəstəyini bundan sonra da davam etdirəcəyini vurğulamışdır.

 

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.