Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Aralıq dənizinin Kipr şelfində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik deyil. Bu barədə çərşənbə axşamı SOCAR-dan bildirilib.
Bundan əvvəl Yunanıstanın kütləvi informasiya vasitələri Azərbaycanın Türkiyə ilə birlikdə Kipr sahillərində karbohidrogenlərin kəşfiyyatını apardığı barədə yazmışdı.
SOCAR nümayəndəsinin sözlərinə görə, bu gün ümumiyyətlə karbohidrogenlərin birgə kəşfiyyatı haqqında məsələyə baxılmır.