Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cari ilin 10 ayında dövlət büdcəsinə 1 milyard 564 milyon 548 min manat vəsait ödəyib.
Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Dövlət Neft Şirkətinin büdcəyə köçürmələri 240 milyon 480 min manat və ya 18,2 faiz çox olub.
Qeyd edək ki, SOCAR 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait ödəyib ki, bu da 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 9,1 faiz çoxdur.
Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürüb. Ümumiyyətlə, 2014-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 916 min manat təşkil edib.