Business Insider tərəfindən dərc olunmuş məqalədə deyilir ki,İsrail Avropa Birliyinə İsraildən qitəyə qaz tədarükü üçün yonu boru kəmərinə sərmayə yatırmağı təklif edib.
Nəşr xəbər verir ki,bu həftənin əvvəlində Romada İsrailin energetika naziri Silvan Şalom layihə ilə Avropa Aralıq dənizi ölkəlrəindən olan həmkarlarını tanış edib. İsrail qeyd edir ki,layihə Avropanı Rusiya qazından olan assılığını azaldacaq.
Layihə Avropadan İsrailin Aralıq dənizi sahilini Kipr ilə birləşdirəcək boru kəmərinin inşasına milyard dollarla sərmayə yatırmasını tələb edir. Oradan isə qaz Yunanıstana və İtaliyaya tədarük ediləcək.
Məlumatda bildirilir ki, Yunanıstan,Kipr və İtaliya layihəni dəstəkləyiblər. İsrail rəsmi olaraq layihəni 3 həftə sonra brüsseldə Avropa ölkələrinin nümayəndələrinə təqdim edəcək.