Bu suala Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Macarıstan Milli televiziyasına müsahibəsində cavab verib.
“Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə, bu gün Baş nazir Viktor Orban ilə bu məsələni geniş müzakirə etdik və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var”, – deyə Azərbaycan Prezidenti bildirib.
Onun sözlərinə görə, Azərbaycan Macarıstanı enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edir və öz qazının Macarıstana hansı marşrutlarla gətirilməsini dəyərləndirir.
“Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya da Balkan ölkələrindən keçəcək, sonradan da Xorvatiyadan Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər. Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi dəyərləndirilməlidir. Bizim icra etdiyimiz “Cənub” qaz dəhlizi layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq şübhəm yoxdur ki, Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş olacaqlar”, – deyə Azərbaycan Prezidenti fikrini tamamlayıb.