Şənbə, May 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP məktəblərdə mühəndisliyi təşviq edir

24/11/2014
1
BAXIŞ
Share on FacebookShare on Twitter

bpBP məktəblərdə yuxarı sinif şagirdləri arasında mühəndislik ixtisaslarını təşviq  etmək üçün yeni bir təşəbbüsü dəstəkləyir.

Bu təşəbbüs Bakının orta məktəblərindən seçilmiş 200-ə yaxın şagirdi bir araya gətirib. Bunlar ilkin ərizə qəbulu və namizədlərin yoxlanması nəticəsində seçilmiş, yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdləridir.

Bu təşəbbüs Təhsil Nazirliyi tərəfindən tam dəstəklənib və BP-nin bir çox təcrübəli mühəndislərinin də üzv olduğu GəncMİİB təşkilatı (“Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi) tərəfindən həyata keçirilib.

Təşəbbüs çərçivəsində məktəblilərə gələcək karyera istiqamətlərini seçməkdə kömək etmək məqsədilə bir sıra seminarlar keçirilib. Keçirilmiş seminarlar proqramı iştirakçılara peşəkar mühəndislərdən onların təcrübəsi və bilikləri haqqında geniş məlumat almaq, habelə BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdə mühəndislik sahəsindəki imkanlar barədə məlumat əldə etmək üçün yaxşı imkan yaradıb.

Seminarlar silsiləsi 18 oktyabrda başlayıb və 22 noyabr 2014-cü ildə başa çatıb. Seminarlar BP-nin təcrübəli mühəndisləri və layihənin uğurla həyata keçirilməsi üçün öz vaxtını və əməyini sərf etmiş GəncMİİB təşkilatının könüllü üzvləri tərəfindən keçirilib.

BP-də texnoloji təhlükəsizlik üzrə mühəndis və GəncMİİB-də layihə meneceri kimi işləyən Hikmət Məmmədli dedi: “Mühəndislik ixtisası ilə maraqlanan və ölkənin gələcək inkişafında iştirak etmək istəyən bu qədər gənc və istedadlı məktəblini görmək çox həvəsləndiricidir.

İnanıram ki, bu layihə bizə analitik düşüncə tərzinə malik tələbələri müəyyənləşdirmək və gələcəkdə onları mühəndis olmağa sövq etməkdə kömək edəcək.”

Seminarların proqramı mühəndislik ixtisasları üzrə təqdimatlar, təcrübəli BP mühəndislərinin karyeraları ilə bağlı maraqlı söhbətlər, interaktiv simulyasiya oyunları, habelə iştirakçılar üçün xüsusi tərtib edilmiş psixoloji və qabiliyyət testlərindən ibarət olub.

BP-nin təhsil və təqaüd proqramları barədə iştirakçıları məlumatlandırmaq məqsədilə BP-nin İnsan Resursları departamenti tərəfindən xüsusi təqdimatlar keçirilib.

“Bu, Bakının orta məktəblərində mühəndis ixtisaslarını təbliğ etmək üçün əsas iştirakçı tərəfləri bir araya gətirən gözəl bir təşəbbüsdür. Bunlar məktəblər, mühəndislik və digər əlaqədar ixtisaslar üçün əla imkanlar təklif edən BP şirkəti, həmçinin bilik və səriştələri ilə hər zaman bölüşməyə hazır olan peşəkar mühəndislərdir. Fürsətdən istifadə edərək, bu təşəbbüsün müvəffəqiyyətlə həyata keçirilməsi üçün xeyli vaxt və əmək sərf etmiş GəncMİİB-nin üzvlərinə öz minnətdarlığımı bildirmək istərdim”, deyə BP-nin İnsan Resursları departamentinin universitet məzunlarının işə cəlb edilməsi üzrə aparıcı mütəxəssisi Aytən Kərimova bildirib.

Proqram başa çatdıqdan sonra bütün iştirakçılara şəhadətnamələr verilib. Ən uğurlu tələbələrə həm də mükafatlar təqdim edilib.

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.