SOCAR-ın “Azəriqaz” və “Azərikimya” İstehsalat Birliklərinin kollektivi Sumqayıtda növbəti şənbə iməciliyi keçirmişdir.
SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumatda bildirilir i, iməcilikdə Birliklərin 600-dən artıq əməkçisi yüksək fəallıqla iştirak etmişdir.
İməcilik zamanı Etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərin qazlaşdırılması, sıxılması və saxlanılması sahəsinin yaşıllıq zonası üçün ayrılmış 4 hektarlıq bioremediasia ərazisində, eləcə də sənaye zonasında S.Vurğun küçəsi boyunca uzanan yolun hər iki tərəfində ümumilikdə 1500-dən artıq müxtəlif ağac növləri (şərq çinarı, nar, melya, həmişəyaşıl sərv, şam, əncir, ərik, gilanar, badam və xurma ağacları) əkilmiş, digər abadlıq işləri görülmüşdür. Şənbə iməciliklərinin payız mövsümünün sonuna qədər davam etdirilməsi planlaşdırılır.