Bazar ertəsi, Oktyabr 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Xəzər regionunda necə ticarət əlaqələri qurur – statistik təhlil

04/11/2014
10
BAXIŞ
Share on FacebookShare on Twitter

xezer1

İran İslam Respublikası statistikasına görə, 2014-cü ilin İran təqvimin 7 ayının nəticələrinə əsasən, Azərbaycandan idxal edilən məhsulun dəyəri $13,7 mln (+1,4%), Azərbaycana ixrac edilən məhsulun dəyəri isə $279,3 mln olub (-8,9%). Öz növbəsində Azərbaycan Gömrük Komitəsinin məlumatına əsasən, 2014-cü ilin 9 ayında Azərbaycandan İrana ixracın həcmi $28,4 mln, İrandan idxalın həcmi isə – $115,5 mln təşkil edib.

İranla ticarət dövriyyəsinin həcmi 2012-ci ildə $500 mln olmuşdusa, 2013-cü ildə bu göstərici 20%-dən çox azalmağağa doğru meyl etmişdi.

İranla ticarət əlaqələrinin azalmasına çox güman ki, Qərbin qoyduğu maliyyə və bank əməliyyatları sanksiyaları da öz təsirini göstərmişdir.

Qazaxıstan Xəzər regionunda hazırda Azərbaycanın ikinci ticarət tərəfdaşıdır. 2014-cü ilin 9 ayında Azərbaycan Stakomun məlumatına görə, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 34,3% azalib. Azərbaycandan ixrac $23,3  mln (-41%), idxal isə – $166,1 mln olub (33%). .

Qeyd edək ki, Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə $371 mln, 2012-ci ildə isə $390 mln təşkil etmişdi.

Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsinə dair son məlumatı bu il oktyabrın əvvəlində baş nazirin birnci müavini Yaqub Eyyubov hökumətlərarası komissiyanın iclasında səsləndirmişdi. Onun sözlərinə görə, 2013-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi $82,3 mln olub. Cari il üçün hər hansı bir rəqəm bu iclasda mətbuat üçün açıqlanmayıb. Müqayisə üçün onu demək olar ki, 2008-ci ilin 9 ayının yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi $488,6 mln-a çatmışdı. Bu o il idi ki, hər iki ölkənin dövlət başçıları qarşılıqlı səfərlər etmiş, iki ölkə arasında münbit iqtisadi əlaqələr yaranmağa başlamışdı. Ancaq sonradan birdən birə rəsmi Aşqabadın Bakını Xəzərin hüquqi statusu həllini tapmamış neft yataqlarını işləməyə görə Beynəlxalq İqtisadi Məhkəmə ilə hədələməsi ilə bu əlaqələr soyudu və təbii ki, iqtisadiyyatda da özünü göstərdi.

Rusiya Azərbaycanın Xəzəryanı ölkələr içərisində bir nömrəli ticarət tərəfdaşıdır. Cari ilin 9 ayının yekunlarına görə, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi $1,368 mlrd təşkil edib ki, bunun da cəmi $470,262 mln-u ixracın payına düşüb. Başqa sözlə, Rusiyaya ixrac Azərbaycanın ümumi ixracatında olan payının 2.7%-ni təşkil edib. Sözügedən dövrdə Rusiyadan idxal həcmi $897,794 mln olub ki, bu da Azərbaycanın ümumi idxalınin 13,8%-nə bərabərdir.

Xatırladaq ki, Azərbaycanın 2013-cü ildə Rusiya ilə ticarət dövriyyəsi $2,583 mlrd ($1,505 – idxal) olub. O zaman Azərbaycanın 14,1% ümumi idxalı bu ölkənin payına düşüb. Həmin il Rusiyadan idxal 9% artıb.

2012-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi $2,338 mlrd təşkil etmişdi ki, bunun da $1,378 mlrd-ı idxalın payına (ümumi idxalda xüsusi çəkisi 14,3%) düşmüşdü.

Caspian Barrel

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.