2014-cü ilin yanvar-sentyabrında “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi çərçivəsində Azərbaycana 2 milyard kub metr səmt qazı verilib. Bu barədə BP-Azərbaycan şirkətinin (AÇG-nin operatoru) rüblük hesabatında bildirilir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə BP Azərbaycan tərəfinə (Dövlət Neft Şirkətinə) səmt qazının verilməsini 380 milyon kub metr və ya 23.4% artırıb.
Qeyd edək ki, səmt qazı AÇG-nin işlənməsi çərçivəsində Azərbaycan tərəfinə təmənnasız verilir.
2013-cü ildə BP SOCAR-a 2.19 milyard kub metr səmt qazı vermişdi.