“Sinxua” agentliyi xəbər verir ki, Quançjou cənub limanında Çinin ən böyük tankeri “Kayquyu” suya buraxıblar.
Tankerin yükgötürmə qabiliyyəti 320 min ton,uzunluğu 330 metrə çatır. Tankerin sugötürmə həcmi “Lyaonin” təyyarə gəmisindən 7 dəfə böyükdür. Tankerin göyərtəsi 4 futbol sahəsinə bərabərdir. Tankerin bünövrəsi 2008-ci ildə Nanşa (Quançjou) yaxınlığında qoyulub.
“Kayquy” ekvatoru yanacaq olmadan keçə bilər. Bundan əlavə o vertalyot meydançası və avtomatik nəzarət sistemi ilə təchiz olunub.
Qeyd edək ki, dünyanın ən böyük tankeri “Batillus”dur, hansının ki, sugötürmə qabiliyyəti “Kayquy”dan 2 dəfə çoxdur.