H.Əliyev adına neft emalı zavodunun genişləndirilməsi ilə əlaqədar “Azərneftyağ” (yağ və sürtkü istehsal edir) söküləcək. Bunu SOCAR prezidenti Rövnəq Abdullayev jurnalistlərə deyib.
Onun sözlərinə görə, proses 2017-ci ildə başlayacaq. Çünki H.Əliyev adına NEZ-də 7-8 yeni qurğu 2018-ci ildə istismara veriləcək.
“Azərneftyağ” XIX əsrin 80-ci illərindən fəaliyyət göstərir. O vaxtdan zavod dəfələrlə modernləşdirilib. Son illər burda ildə 1 mln ton neft emal edilir. H.Əliyev adına NEZ-in gücü bundan 5 dəfə çoxdur.