Norveçin dövlətə məxsus Statoil şirkətinin prezidenti Halqe Lund istefaya getdiyini açıqlayıb.
Şirkətin direktorlar şurası idarə heyəti rəhbəri əvəzinə Eldar Sætreni təyin edib.
Bloomberg agentliyi xəbər verir ki,istefaya getmiş H.Lund Britaniyanın BG Group şirkətinə rəhbərlik edəcək.
H.Lund Statoil şirkətinə 10 il rəhbərlik edib – 2004-cü ilin avqustundan. O BG Group şirkətində səlahiyyətlərinin icrasına gələn ilin martında başlayacaq.