Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünyada neftin qiymətlərinin qeyri-sabit olmasında problem görmür, çünki gəlirlərin proqnozlaşdırılmasında qiymətin azalması ssenarisi də nəzərə alınır. Bunu şənbə günü jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev neftin qiymətinin aşağı düşməsinin şirkətin gəlirlərinə mümkün təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, neftin qiymətinin səviyyəsindən asılı olaraq SOCAR xərclərinə və investisiya proqramına düzəlişlər edilir və gələn il qiymət aşağı səviyyədə qalarsa, xərcləmərin də buna müvafiq azaldılması gündəmə gətirilə bilər.