SOCAR-ın Böyük Britaniyadakı nümayəndəliyinin əməkdaşları oktyabrın 9-da Londonda Britaniya muzeyinin binasında BP şirkəti tərəfindən təşkil olunmuş ənənəvi qəbulda iştirak etmişlər.
Bu ilki qəbul BP-nin Şimal dənizində fəaliyyətinin 50 illiyinə həsr olunmuşdur. Tədbirə BP-nin əməkdaşlıq etdiyi şirkətlərin, diplomatik korpusun, eləcə də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndələri, Britaniya Parlamentinin üzvləri, siyasətçilər və iş adamları qatılmışlar.
BP-nin prezidenti Robert Dadli Azərbaycan Respublikası səfirliyinin əməkdaşlarını və SOCAR-ın nümayəndələrini salamlayaraq, şirkətin Azərbaycanda həyata keçirdiyi uğurlu layihələrdən danışmış, sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını xüsusi qeyd etmişdir.
O, Cənub Qaz Dəhlizinin Xəzər regionundan qazın Avropaya nəqli üçün böyük üfüqlər açdığını bildirmişdir.