2014-cü ilin yanvar-sentyabrında SOCAR quru və dəniz yataqlarında 2013-cü ilin analoji dövrünün 6.2 milyon tonuna qarşı 6.3 milyon ton neft hasil edib. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
Bu həcmlərdə həm “Azneft”İB-nin (ARDNŞ-in mədən strukturu), həm də Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin ARDNŞ ilə birgə istehsalı göstərilir.
2013-cü ildə SOCAR 8.31 milyon ton neft hasil etmişdi.
SOCAR-ın məlumatına görə,2014-cü ilin yanvar-sentyabrında Azərbaycanda keçən ilin analoji dövrünün 32.84 milyon tonuna qarşı 32.53 milyon ton neft hasil edilib.