Malayziyanın Petronas şirkətinin Azərbaycan bazarına çıxışı təsadüfü xarekter daşımıır.
Malayziya şirkətinin artıq Xəzər regiounda təcrübəsi var. Belə ki,”Petronas Chariqali” şirkəti Xəzərin Türkmən sektorunda 1996-cı ildə hasilatın pay bölgüsü sazişi (HPBS) müqaviləsi bağlamağa müvəffəq olub.
Müqavilə sahəsinə “Diyarbəkir”,”Maqtımqulu”,”Ovez”,”Maşrıkov” və “Qaraqol-dəniz” kimi sahələr daxildir. 2006-cı ilin mayında şirkət neftin kommersiya hasilatına və ixracına başlayıb.
Hasil edilən neftin bir hissəsi 2010-cu ilin yayından dünya bazarlarına Azərbaycan vasitəsilə nəql edilir. SOCAR Trading şirkəti nefti tankerlərlə AzTrans terminalına çatdırır, ordan isə Bakı-Tbilisi-Cayhan neft kəmərinin başlanğıcını götürdüyü BP şirkətinin Səngəçal terminalına boru vasitəsilə daşınır. BTC vasitəsilə keçən il 3.2 milyon ton Türkmən nefti nəql edilib, cari ildə isə hər ay 300 min tondan çox neft nəql edilir.
Qeyd edək ki, cari ilin 27 mayında SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda Petronas şirkətinin prezidenti Tan Sri Dato Şamsul Azhar Abbası qəbul etmişdi. Görüş zamanı tərəflər arasında qlobal layihələrdə tərəfdaşlıq məsələləri müzakirə edilmişdi. Bundan əlavə sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Bakıda Malayziya səfirliyinin açılış mərasimində iştirak edib.
*Petronas – Malayziyanın dövlət neft və qaz şirkətidir. Şirkət 1974-cü ildə yaradılıb. Hazırda şirkət 35 ölkədə fəaliyyət göstərir. Hal-hazırda şirkət ölkənin büdcə gəlirlərinin 40% təmin edir. 2014-cü ilin birinci rübünün nəticələrinə görə,şirkət gündə 2.26 milyon barel neft ekvivalenti karbohidrogen hasil edib. Petronas şirkətinin mənzil qərargahı Kuala-Lumpur şəhərində yerləşir və Malayziyanın müasir simvoluna çevrilib. Onun tikintisi 1992-ci ildə başlayıb və 6 ildən sonra başa çatıb. 452 metr olan 2 paralel binanın tikintisi Petronas üçün o zaman $800 mln-a başa gəlmişdi. Bu binaların 100 metr dərinliyində özülü var və hələ dünyada heç bir tikili bu rekordu yeniləyə bilməyib. Qeyd edək ki, Petronas öz binasından hər il qazanc götürür, belə ki, binada şirkətin personalı cəmi 1000 nəfərdir. Ancaq orada həm ofis, həm də mehmanxana kimi, məm də VİP-mənzil kimi daha 9 min nəfərin gündəlik çalışmasına yarayır. Bundan əlavə həftədə 5 gün 86 mərtəbəli binaya minlərlə turist (bilet təqribən 20 avro) gəlir. Həmçinin Petronas kino və reklam çəkilişlərindən də qazanc əldə edir. Burada dünyanın ən məşhur filmləri çəkilib.