Çərşənbə, Noyabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Neft Fondu üçün qarşıda çətin günlər durur” – ekspert rəyi

22/10/2014
0
BAXIŞ
Share on FacebookShare on Twitter

samir_aliyev

Dövlət Neft Fondunun 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumat açıqlanıb. Məlum olub ki, 2014-cü ilin 9 ayı ərzində Fondun aktivləri 3,98 faiz artaraq 35877,5 milyon dollardan 37305,3 milyon dollara yüksəlib. Ancaq məlumatların analizi göstərir ki, 3-cü rüb Fond üçün bir o qədər də uğurlu olmayıb.

Ekspertlər bildirirlər ki, dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslər, daha dəqiq desək neftin və qızılın ucuzlaşması, dolların isə bahalaşması Neft Fondunun vəsaitlərinə təsirsiz ötüşməyib. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər azalıb: “Yanvar-sentyabr aylarında Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9 faiz azdır. 2013-cü ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 311,2 milyon manat olub. 2012-ci ilin uyğun dövründə isə bu göstərici daha yüksək – 440,4 milyon manata bərabər olub”.

Həmçinin Fondun investisiya portfelinin gəlirliliyi azalıb. “Əgər ötən ilin 9 ayında portfelin gəlirliliyi 1,1 faiz olduğu halda, cari ilin analoji dövründə gəlirlilik 0,6 faizə düşüb. Halbuki 2012-ci ilin müvafiq dövründə gəlirlilik 1,7 faiz olub”,- deyə ekspert xatırladır. O həmçinin qeyd edir ki, qızılın gəlirliyi də azalıb. Ötənilki 243,2 milyon manatlıq zərərdən sonra Fonda gəlir gətirməyə başlayan qızıl yenidən itki verməyə başlayıb. Qızılın qiymətinin dəyişməsindən yaranan gəlir I rübdə 60,8 milyon manat, II rübdə 78,1 milyon manat olduğu halda III rübdə 3,7 milyon manata düşüb. “Fondun aktivləri 0,8 faiz azalıb. Cari ilin 3-cü rübündə Fondun aktivlərinin həcmi əvvəlki rübə nisbətən 317,1 milyon dollar azalaraq oktyabrın 1-i tarixinə 37305,3 milyon dollara düşüb. Aprelin 1-i tarixinə aktivlərin həcmi 37622,4 milyon dollar olub,- deyə S.Əliyev qeyd edib.

Onun sözlərinə görə, valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər də artıb. Fondun hesabatına görə, yaranan fərq üzrə zərər 966,4 milyon manat olub. Halbuki ötən ilin uyğun dövründə zərərin həcmi 38,7 milyon manat təşkil edib. Zərərin bu həddə çatmasına səbəb Fondun valyuta ehtiyatına daxil edilən valyutaların əksəriyyətinin il ərzində ucuzlaşmasıdır. İkinci ən böyük paya malik avronun manata olan məzənnəsi- 35,4 faiz- 2014-cü ilin 9 ayında təxminən 7 faiz ucuzlaşıb. Zərərin məhz böyük hissəsi 9,7 milyard avroluq valyutanın dəyərsizləşməsi hesabına yaranıb. Bu müddətdə Britaniya funtu (5,3 faizlik pay) 1,2 faiz, Avstraliya dolları (0,5 faizlik pay) 1,8 faiz, Türki lirəsi (1,2 faizlik pay) 5 faiz, rus rublu (1,3 faizlik pay) 16 faiz ucuzlaşıb. Yeganə olaraq 1,2 faizlik paya malik Cənubi Koreya vonu 0,5 faiz bahalaşıb.

fondEhtiyatın 51,7 faizinə malik ABŞ dolları son aylar əhəmiyyətli dərəcədə bahalaşsa da, manata nisbətən məzənnəsi sabit qalıb. Son hesabat göstərdi ki, Neft Fondunun investisiya portfelinin gəlirliyinin azalması müşahidə edilir. İnvestisiya siyasətinə edilmiş dəyişiklik nəticəsində portfelə daxil etdiyi yeni valyutalar 2014-cü ildə xeyli ucuzlaşıb. Əgər türk lirəsi və avronun ucuzlaşması əsasən dolların bahalaşması ilə bağlı idisə, rus rublunun dəyərsizləşməsi həm də Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi idi. Situasiyanı düzgün qiymətləndirən Fond ilin əvvəlində rus rublun müəyyən hissəsində imtina edə bilmişdi. Ən böyük paya malik ABŞ dollarının (51,7 faiz) bahalaşması digər valyutaların ucuzlaşmasını kompensasiya edir. Ancaq dolların manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü göstərir…

S.Əliyevin sözlərinə görə, Neft Fondu üçün qarşıda çətin günlər durur: “Güman ki, bir tərəfdən neft hasilatının azalması və onun ucuzlaşması nəticəsində daxilolmaların azalması, digər tərəfdən dövlət büdcəsinin gələn il pula ehtiyacının daha da artması Fondun aktivlərin azalmasına gətirib çıxaracaq. Üstəgəl, Fondun puluna Rusiya şirkətlərinin göz dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi ilə nəticələnə bilər. Fond Çin yuanını valyuta ehtiyatına daxil etmək planını açıqlayıb. Bu təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə mövzusudur. Çünki Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə yuanın məzənnəsinə mənfi təsir göstərə bilər. Məncə, yuanın daxil edilməsi avronun payının azaldılması hesabına baş verməlidir. Yəqin ki yaxın 1-2 ildə Rusiya aktivləri cəlbediciliyini itirəcək. Müşahidələr göstərir ki, yaxın dövrdə ən etibarlı valyuta məhz ABŞ dolları olacaq”.

Yeni Musavat

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.