Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 20-də Rusiya Federasiyasının “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib.
President.az saytının verdiyi məlumatına görə, görüşdə “Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, cari il mayın 24-də SOCAR və “Rosneft” şirkətləri birgə müəssisə yaratmaq haqda müvafiq saziş imzalayıblar. Bu sazişə əsasən, birgə müəssisə Azərbaycanda, Rusiyada və üçüncü ölkələrdə neft yataqlarının kəşfiyatı və hasilatı ilə məşğul olacaq.